...

Peruda avtobus uçurumdan aşıb, çox sayda ölən var

Dünya xəbərləri Materials 29 Yanvar 2023 01:55 (UTC +04:00)
Peruda avtobus uçurumdan aşıb, çox sayda ölən var

Bakı. Trend:

Perunun Talara əyalətində avtobus uçurumdan aşıb.

Trend "RPP" radiostansiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər həlak olub.

Ölkənin hakimiyyət orqanları hələ ki, ölənlərin sayını təsdiqləməyib. Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, qəza zamanı avtobusda 60 nəfər olub.

İlkin versiyaya görə, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti