...

Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır

Dünya xəbərləri Materials 8 Fevral 2023 05:14 (UTC +04:00)
Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Polşaya təxminən 10 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəşi sistemlərini və sursatlar satmağa hazırlaşır.

Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Hərbi əməkdaşlıq idarəsi məlumat yayıb.

Məlumata əsasən, Dövlət Departamenti HIMARS sistemləri və müvafiq avadanlıqların təxminən 10 milyard dollar məbləğində Polşaya mümkün satışını təsdiqləmək barədə qərar qəbul edib.

Polşa 18 HIMARS qurğusu, 468 doldurma modulu, 45 ATACMS raketi, idarəolunan raketlər də daxil olmaqla 460-dan çox digər raket, həmçinin reaktiv yaylım atəşi sistemi üçün ehtiyat hissələri istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti