...

ÜST Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan etdi

Dünya xəbərləri Materials 8 Fevral 2023 12:26 (UTC +04:00)
ÜST Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, ÜST Türkiyədə baş verən zəlzələ üçün ən yüksək səviyyə olan “3-cü dərəcəli fövqəladə vəziyyət” elan edib.

Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir və ÜST-nin bütün agentlik aktivlərinin səfərbər edilməsinə aiddir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir.

Fevralın 8-də yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Türkiyə yola salınıb.Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Bundan əlavə FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola düşüb, bu yardıma isə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti