...

Türkiyədə çox güclü afterşoklar meydana gəlir - AFAD

Dünya xəbərləri Materials 15 Fevral 2023 16:41 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

"Zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir. Qeyri-adi bir vəziyyətlə üz-üzəyik. İndiyə qədər ümumilikdə 3 min 858 afterşok qeydə alınıb. Kahramanmaraş mərkəzli zəlzələlərdə yer qabığında yerdəyişmələr 7,3 metrə qədər olub", - deyə əlavə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti