...

Texasda ticarət mərkəzində atışma olub

Dünya xəbərləri Materials 16 Fevral 2023 06:43 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) naməlum şəxs ticarət mərkəzində odlu silahdan atə açıb.

Trend xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının "Twitter" səhifəsində bildirilib.

"Cielo Vista ticarət mərkəzinin restoran meydançasında açılan atəşə polis reaksiya verir. Bu sahədən uzaq durun", - deyə paylaşımda bildirilir.

"NBC" telakanalının məlumatına əsasən, atışma nəticəsində azı 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Qeyd edilir ki, insidentlə bağlı 1 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti