Bakı. Trend:
Qırğızıstan Respublikasının ombudsmanı Atır Abdrahmatova ABŞ-ın Qırğızıstandakı səfiri Lessli Viqeri ilə görüşüb, görüşü zamanı insan haqları məsələsini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki , bu barədə Ombudsman İnstitutunun məlumatında bildirilir.
Məlumata əsasən, tərəflər Qırğızıstanda insan hüquqlarına hörmətlə bağlı hazırkı vəziyyət haqqında, xüsusilə, sosial statusundan, cinsindən, vətəndaşlığından və s. asılı olmayaraq, söz azadlığı, gender bərabərliyi, sosial-iqtisadi hüquqların həyata keçirilməsinə şərait yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iclasda Qırğızıstan Respublikasının Ombudsmanının müstəqilliyinə təminatla bağlı beynəlxalq öhdəliklərin Qırğızıstanın səlahiyyətli orqanları tərəfindən yerinə yetirilməsinə və bütün dövlət orqanlarının bu öhdəliklərə ciddi əməl etməsinin vacibliyinə xüsusi diqqət yetirilib.