Bakı. Trend:
Slovakiyanın Trençin diyarında kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Pravda" qəzeti təcili yardım xidmətinin əməliyyat mərkəzinin həkimi Martin Balkoya istinadən bildirib.
"İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, xəsarət alanların sayı məlum deyil", - deyə M.Balko qeyd edib.
Onun sözlərinə görə, hazırda hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.