...

Avropanın ən pis aviaşirkətinin adı açıqlanıb

Dünya xəbərləri Materials 23 Fevral 2023 15:22 (UTC +04:00)
Avropanın ən pis aviaşirkətinin adı açıqlanıb

Bakı. Trend:

Macarıstanın aşağı büdcəli aviaşirkəti olan Wizz Air Avropanın ən pis aviaşirkəti adlandırılıb.

Trend-in Lenta.ru-ya istinadən məlumatına görə, Britaniyanın istehlakçı hüquqlarının müdafiəsi üzrə Which? təşkilatının keçirdiyi sorğunun nəticələri bundan xəbər verir.

Səyahətçilər aviaşirkətə təyyarəyə miniş, həmçinin, salondakı şərait və oturacaqların rahatlığına görə beş ulduzdan cəmi bir ulduz veriblər. Sorğuya daxil edilən aviaşirkətlər arasında Wizz Air-də ayaqlar üçün ən az məkanın ayrıldığı qeyd olunur. Bundan başqa, aviaşirkət digər kateqoriyalara, o cümlədən, qiymət-keyfiyyət nisbəti, müştərilərə xidmət, salonun təmizliyi və təyyarədə qidalanma səviyyəsinə görə də ikidən çox ulduz almayıb. Aviaşirkət ümumilikdə mümkün 100 baldan cəmi 48 bal toplayıb.

İrlandiyanın Ryanair aviaşirkəti də aşağı bal toplayıb (52 bal): sərnişinlər qidanın və içkilərin keyfiyyətinin çox pis olduğunu bildiriblər, həmçinin, oturacaqların rahatlığından və təyyarədəki şəraitdən narazı qalıblar. Bununla belə, aviabiletlərin qiymətlərinin rəqabətə davamlı olmasını tərifləyiblər. Eurowings (53 bal), British Airways və Lufthansa (hər biri 57 bal) isə bundan bir az yuxarıda yer alıb.

Reytinqdəki ən yaxşı aviaşirkət 80 bal toplayan Jet2 olub. İkinci yerdə cüzi fərqlə Turkish Airlines (78 bal), üçüncü yerdə isə Swiss və Finnair (hər biri 75 bal) dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti