...

Bayden G7 liderlərinin virtual görüşündə iştirak edəcək

Dünya xəbərləri Materials 24 Fevral 2023 03:34 (UTC +04:00)
Bayden G7 liderlərinin virtual görüşündə iştirak edəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden fevralın 24-də G7 ölkələri liderlərinin, eləcə də Ukrayna prezidenti Volodimir Zelenskinin virtual görüşündə iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Sabah səhər prezident G7 liderləri, həmçinin prezident Zelenski ilə birlikdə Ukraynaya dəstək səylərimizi əlaqələndirmək üçün virtual görüşdə iştirak edəcək", - deyə K.Jan-Pyer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti