...

Bu il Türkiyədə turizm sahəsində 50-dan çox layihə həyata keçiriləcək

Dünya xəbərləri Materials 3 Mart 2023 16:53 (UTC +04:00)
Bu il Türkiyədə turizm sahəsində 50-dan çox layihə həyata keçiriləcək

Bakı. Trend:

2023-cü ildə Türkiyədə turizm sahəsində 52 layihə həyata keçiriləcək.

Bu barədə TurkicWorld-a Türkiyənin Mədəniyyət və Turizm nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 1,2 milyard lirədir.

“Bu il üçün nəzərdə tutulan layihələrin hamısı dövlət hesabına həyata keçiriləcək.” – deyə nazirlikdən bildirilib.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə turizm sahəsində olan layihələrə ümimilikdə 1,5 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunların tamamı dövlət büdçəsindən qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti