...

Yanvar-fevral aylarında Türkiyə müdafiə sənayesi məhsulları ixracını azaldıb

Dünya xəbərləri Materials 6 Mart 2023 13:33 (UTC +04:00)
Yanvar-fevral aylarında Türkiyə müdafiə sənayesi məhsulları ixracını azaldıb

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azalaraq 584,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 303,5 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 6,7 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2022-fevral 2023) Türkiyə 4,3 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti