...

Türkiyə Özbəkistana elektrik avadanlıqları ixracatını 20 faizdən çox azaldıb

Dünya xəbərləri Materials 7 Mart 2023 15:25 (UTC +04:00)
Türkiyə Özbəkistana elektrik avadanlıqları ixracatını 20 faizdən çox azaldıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Özbəkistana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artıraraq 15 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Bu ilin fevral ayında Türkiyə Özbəkistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 21 faiz azaldaraq 8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 2,5 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da bu ilin fevral ayı ilə müqayisədə 11,7 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 15,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti