...

Ərdoğan ABŞ-ın Türkiyədəki səfiri ilə görüşlərdən imtina edib

Dünya xəbərləri Materials 3 Aprel 2023 05:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk ilə daha görüşmək istəmədiyini bildirib.

Trend-in məlumatına görə, Türkiyə prezidenti səfirin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra onun qapıları ABŞ səfiri üçün bağlıdır.

"Baydenin səfiri nə edir? Cənab Kamalı ziyarət edir. Ayıbdır, bir fikirləşin. Siz səfirsiniz. Sizin buradakı həmsöhbətiniz Prezidentdir", - deyə R.T.Ərdoğan qeyd edib. "Qapılarımız onun üçün bağlıdır <...>. Niyə? Qoy yerini bilsin", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti