...

Fransada pensiya islahatına qarşı etirazlar zamanı 150-dən çox polis yaralanıb (VİDEO)

Dünya xəbərləri Materials 6 Aprel 2023 23:12 (UTC +04:00)
Fransada pensiya islahatına qarşı etirazlar zamanı 150-dən çox polis yaralanıb (VİDEO)

Bakı. Trend:

Fransada pensiya islahatına qarşı nümayişlər zamanı başlayan iğtişaşlar zamanı 150-dən çox polis yaralanıb.

Trend xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün "Twitter" səhifəsində yazıb.

"Nümayişlər zamanı yaranan iğtişaşlar zamanı 154 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları ağır yaralanıb", - deyə nazir bildirib.

Onun sözlərinə görə, insidentlər zamanı 111 nəfər polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 370-ə yaxın aksiya keçirilib, aksiyalarda 570 minə yaxın, o cümlədən 57 mini Parisdə iştirak edib. Təhlükəsizliyi 11,5 min polis əməkdaşı təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti