...

Marseldə evin uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb

Dünya xəbərləri Materials 11 Aprel 2023 02:25 (UTC +04:00)
Marseldə evin uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb

Bakı. Trend:

Yanğınsöndürənlər Fransanın Marsel şəhərində uçan evin dağıntıları altından altıncı ölən şəxsin cəsədini çıxarıblar.

Trend-in məlumatına görə, bu barədə "Le Parisien" qəzeti xəbər verib.

Bildirilib ki, dağıntılar altından 6 cəsəd çıxarılıb, daha iki nəfərin axtarışları davam edir.

Qəzetin verdiyi məlumata əsasən, hadisənin səbəbi hələ müəyyən edilməyib, lakin “prioritet versiya qaz partlayışıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti