...

Şavkat Mirziyoyev Türkiyənin ilk elektrik avtomobili "Togg"u sınaqdan keçirib (FOTO)

Dünya xəbərləri Materials 12 Aprel 2023 18:05 (UTC +04:00)
Şavkat Mirziyoyev Türkiyənin ilk elektrik avtomobili "Togg"u sınaqdan keçirib (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat MirziyoyevTürkiyənin ilk elektrik avtomobili "Togg"u sınaqdan keçirib.

Trend çərşənbə günü Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 12-də Şavkat Mirziyoyevə Türkiyənin ilk elektrik avtomobili "Togg" təqdim olunub.

Yeni elektromobilin açarları Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın adından Özbəkistanın dövlət başçısına Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank tərəfindən təqdim olunub.

Bundan başqa, yaxın günlərdə Prezident Sərdar Berdiməhəmmədovun sifarişinə əsasən Türkiyənin ilk elektrik avtomobili "Togg" Türkmənistana göndəriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə bəyanatında deyib.

Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyənin ilk elektrik avtomobili "Togg" təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti