...

BVF Avropada davamlı yüksək inflyasiya proqnozlaşdırır

Dünya xəbərləri Materials 15 Aprel 2023 04:07 (UTC +04:00)
BVF Avropada davamlı yüksək inflyasiya proqnozlaşdırır

Bakı. Trend:

Avropa ölkələri qısa müddətdə yavaş iqtisadi artım və davamlı yüksək inflyasiya gözləyir. İnkişaf etmiş Avropa ölkələrində 2023-cü ildə inflyasiya orta hesabla təxminən 5,6 faiz təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer ABŞ paytaxtında Fondun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa ötən qış “ümumi tənəzzüldən” yayınıb və möhkəmlik nümayiş etdirib. Bununla belə, region bir sıra problemlərlə üz-üzədir: inflyasiyaya qalib gəlmək, iqtisadiyyatın bərpasını dəstəkləmək və maliyyə sabitliyini təmin etmək.

“İnflyasiya yüksək olaraq qalır. Əksər inkişaf etməkdə olan Avropa ölkələrində və bəzi qabaqcıl iqtisadiyyatlarda bu, ikirəqəmli həddədir. Enerji qiymətləri aşağı düşüb, lakin digər məişət xərclərinin qiymətləri sürətlə artmaqda davam edir”, - Kammer bildirib.

O qeyd edib ki, Avropa üçün yavaş artım və davamlı inflyasiya proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə, inkişaf etmiş Avropa ölkələrində ÜDM artımı 2022-ci ildəki 3,6 faizdən bu il 0,7 faizə qədər azalacaq, lakin 2024-cü ildə 1,4 faizə yüksələcək. Kammer Belarus, Rusiya, Türkiyə və Ukrayna istisna olmaqla, inkişaf etməkdə olan Avropa ölkələrinin iqtisadiyyatlarında ÜDM artımının 2023-cü ildə 4,4 faizdən 1,1 faizə düşəcəyini, daha sonra 2024-cü ildə 3 faizə yüksələcəyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti