...

BMT Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a narahatlığını bildirib

Dünya xəbərləri Materials 18 Aprel 2023 22:57 (UTC +04:00)
BMT Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a narahatlığını bildirib

Bakı. Trend:

BMT bu təşkilatın Baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a rəsmi narahatlığını bildirib.

Trend-in məlumatına görə, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında söyləyib. O deyib: “BMT-nin Baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq bu ölkəyə bildirdik. Bu cür hərəkətlər BMT-nin Nizamnaməsində, BMT-nin imtiyazları və immunitetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti