...

Bayden ABŞ dövlət qulluqçularının Sudandan təxliyə edildiyini açıqlayıb

Dünya xəbərləri Materials 23 Aprel 2023 07:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri ölkə Prezidenti Co Baydenin göstərişi ilə ABŞ dövlət qulluqçularını Sudan ərazisindən təxliyə edib, ölkədəki səfirliyin fəaliyyəti müvəqqəti dayandırılıb.

Trend xəbər verir ki, bu barədə C.Baydenin yazılı bəyanatında bildirilir.

"Bu gün mənim göstərişimlə ABŞ hərbçiləri ABŞ hökumətinin əməkdaşlarının Xartumdan çıxarılması əməliyyatı keçiriblər.

Müharibə edən tərəflər dərhal və qeyd-şərtsiz atəşi dayandırmalı, humanitar yardımların maneəsiz çatdırılmasını təmin etməli və Sudan xalqının iradəsinə hörmət etməlidir. Biz ABŞ-ın Sudandakı səfirliyinin fəaliyyətini dayandırırıq, lakin Sudan xalqına və onların özləri üçün istədikləri gələcəyə bağlılığımız dəyişməz olaraq qalır", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti