Bakı. Trend:
Zəlzələdən zərər çəkənləri normal həyata qaytaracağıq.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Həyatın gedişatında qazanclarla yanaşı, fəlakətlər, təəssüf ki, itkilər də yaşana bilər. Zəlzələ fəlakətlərində belə bir kədər yaşadıq. Aranızda bu zəlzələlərdə qohumlarını, tanışlarını itirənlər var. Əbədiyyətə qovuşan bütün vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm.
Dövlətimiz və xalqımız zəlzələlərin yaralarını sağaltmaq üçün bütün imkanlarını səfərbər etdi. İnşallah, bir il ərzində şəhərlərimizi dirçəldəcək, zəlzələdən zərərçəkənləri normal həyata qaytacağıq”, - Türkiyə Prezidenti bildirib.