...

Türkiyənin Avtomobil Yolları Baş İdarəsi ölkədə 500-dən çox layihə həyata keçirəcək

Dünya xəbərləri Materials 27 Aprel 2023 17:07 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ildə Türkiyənin Avtomobil Yolları Baş İdarəsi (KGM) quru yolu sahəsi üzrə ölkədə 577 layihə həyata keçirəcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 29,1 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 61 milyard lirədir” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə quru yolu sahəsi üzrə 565 layihə həyata keçiriləcək.

Dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 29,5 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 61 milyard lirədir.

Bundan əlavə, 2023-cü ildə Türkiyədə nəqliyyat və informasiya sahəsində 778 layihə həyata keçiriləcək.

Nəzərdə tutulan layihələrin ümumi dəyəri, 121,7 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 22,1 milyard lirədir.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə nəqliyyat və informasiya layihələrinə ümimilikdə 2,1 trilyon lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 502,5 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti