...

İtaliyanın baş naziri "G7" sammitindən vaxtında əvvəl qayıtdığını açıqlayıb

Dünya xəbərləri Materials 21 May 2023 02:03 (UTC +04:00)
İtaliyanın baş naziri "G7" sammitindən vaxtında əvvəl qayıtdığını açıqlayıb

Bakı. Trend:

İtaliyanın baş naziri Corca Meloni ölkəsindəki daşqın səbəbindən "G7" ölkələrinin liderlərinin zirvə toplantısından İtaliyaya vaxtından əvvəl qayıtdığını açıqladı.

Trend-in məlumatına görə, bu barədə baş nazir mətbuat konfransı zamanı deyib.

"Vicdanım məni bu çətin anlara qaytarmağa məcbur edir. Mənə mayın 23-də Nazirlər Şurasının iclasını daha yaxşı hazırlamaq üçün vaxt lazımdır, bu iclasda zərər çəkmiş ərazilərə dəstək üçün tədbirlər görüləcək".

Emiliya-Romanyada daşqınlar nəticəsində azı 14 nəfər həlak olub. Son məlumatlara görə, təxminən 37 min insan təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti