...

Türkiyədə "TikTok"dakı dəstəyə qarşı əməliyyat keçirilib: 120 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 21 İyun 2023 10:34 (UTC +04:00)
Türkiyədə "TikTok"dakı dəstəyə qarşı əməliyyat keçirilib: 120 nəfər saxlanılıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Baş Təhlükəsizlik İdarəsi (EGM) "TikTok"da oğurlanmış kredit kartlarından əldə edilən gəlirləri yuyan şəbəkəyə qarşı əməliyyat keçirib. 120 şübhəlinin tutulduğu əməliyyatda 1,2 milyard TL pulun yuyulduğu müəyyən edilib.

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşların kredit kartı məlumatlarını ələ keçirən fırıldaqçılar bu kartlarla "TikTok"da jeton alıb, müxtəlif "TikTok" fenomenləri ilə əməkdaşlıq edərək pulları yuyublar.

"TikTok" canlı yayımlarında tamaşaçılar jeton göndərməklə yayımcıya maddi dəstək verə bilərlər. Fırıldaqçıların oğurlanmış kredit kartlarından jeton aldıqları və bu jetonları əməkdaşlıq etdikləri fenomenal hesablara göndərdikləri və jetondan əldə edilən gəliri paylaşdıqları müəyyən edilib.

Fırıldaqçılar və müxtəlif fenomenlər saxlanılıb. 4 mindən çox bank hesabı araşdırılıb və onlar arasında 1,2 milyard TL pul axını olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti