...

Ərdoğan Kanadanın baş naziri ilə görüşüb

Dünya xəbərləri Materials 12 İyul 2023 03:15 (UTC +04:00)
Ərdoğan Kanadanın baş naziri ilə görüşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Kanadanın baş nazirinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, C.Trüdo Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiya etmək qərarını alqışlayıb.

Tərəflər həmçinin Ukraynaya davamlı dəstək və taxıl sazişini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti