...

Ercan Hava Limanı Kipr adasında ən böyük sərnişin tutumuna malik hava limanıdır - Ərdoğan

Dünya xəbərləri Materials 20 İyul 2023 15:38 (UTC +04:00)
Ercan Hava Limanı Kipr adasında ən böyük sərnişin tutumuna malik hava limanıdır - Ərdoğan

Bakı. Trend:

Ercan Hava Limanı bugündən etibarən Kipr adasında ən böyük sərnişin tutumuna malik hava limanıdır.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında Ercan Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Yeni terminal köhnə ilə müqayisədə altı dəfə böyüdülüb. Bu yolla 10 milyon sərnişinə xidmət göstəriləcək. Bu hava limanı Şərqi Aralıq dənizində Şimali Kipr Türk Respublikasının regionda brend olmasına töhfə verəcək.", - deyə o qeyd edib.

Bundan əlavə, Prezident Ərdoğan Beynəlxalq ictimaiyyəti Şimali Kiprə qarşı siyasi məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti