...

Şimali Koreyanın addımlarını yaxından izləyəcəyik - Yaponiya Nazirlər Kabineti

Dünya xəbərləri Materials 31 İyul 2023 09:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Şimali Koreyanın nüvə və raket inkişaf proqramlarının ölkəsinin və dünyanın təhlükəsizliyini təhdid etdiyini deyərək Şimali Koreyanın addımlarını yaxından izləyəcəklərini bildirib.

Trend xəbər verir ki, Yaponiyanın dövlət televiziyasında yayımlanan xəbərə görə, Matsuno bu açıqlamaları mətbuat konfransında verib.

Şimali Koreyanın nüvə və raket inkişaf proqramlarının Yaponiyada və dünyada sülhü, təhlükəsizliyi təhdid etdiyini və "qeyri-məqbul" olduğunu deyən Matsuno Şimali Koreyanın tam nüvəsizləşdirilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam icrasını təmin etmək üçün digər ölkələrlə birgə çalışacaqlarını açıqlayıb.

Qeyd edək ki, Şimali Koreyanın raket sınaqları davam edir. Ölkə iyulun 18-də Şərq dənizi istiqamətində qısamənzilli ballistik raket sınağı keçirib.

Yaponiya hökuməti iyulun 19-da verdiyi açıqlamada raketi sınaqdan keçirən Pxenyan hökumətinə etiraz notası göndərildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti