...

Çin casusluqla mübarizənin gücləndirilməsi üçün sosial şəbəkələri cəlb edir

Dünya xəbərləri Materials 2 Avqust 2023 13:01 (UTC +04:00)
Çin casusluqla mübarizənin gücləndirilməsi üçün sosial şəbəkələri cəlb edir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "WeChat" sosial şəbəkəsində Çin Xalq Respublikasının (ÇXR) Dövlət Təhlükəsizlik Nazirliyinin təsdiqlənmiş hesabı peyda olub.

Trend xəbər verir ki, bu barədə yerli ingilisdilli qəzet olan "Global Times" məlumat yayıb.

Məqalədə dərc olunan məlumata görə, nazirliyin rəsmi hesabındakı ilk paylaşımda əks-kəşfiyyat fəaliyyətinin cəmiyyətin bütün təbəqələrinin səfərbərliyini tələb etdiyi deyilir

ÇXR-in Dövlət Təhlükəsizlik Nazirliyi dövlət orqanları, təşkilatlar, müəssisələr, idarə və ictimai birliklər, eləcə də ixtisaslaşmış strukturlarından "milli təhlükəsizliyin dəstəklənməsi ilə əlaqədar maariflənmə səviyyəsini artırmağı və casusluq fəaliyyətinin qarşısının alınması və dayandırılması üçün heyət səfərbər etməyi" tələb edib.

Məlumatda o cümlədən, ölkənin bütün kütləvi informasiya vasitələrinin "bütün cəmiyyətə yönəlmiş əks-kəşfiyyat məsələləri üzrə məqsədyönlü təbliğat və maarifləndirmə işləri aparmalı olduqları" qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti