...

Şimali Kipr Şərqi Aralıq dənizində suveren türk dövləti kimi tanınmalıdır - Ersin Tatar

Dünya xəbərləri Materials 10 Avqust 2023 11:15 (UTC +04:00)
Şimali Kipr Şərqi Aralıq dənizində suveren türk dövləti kimi tanınmalıdır - Ersin Tatar

Bakı. Trend:

Şimali Kipr Türk Respublikası Şərqi Aralıq dənizində suveren türk dövləti kimi qəbul edilməlidir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar deyib.

"Hər nə qədər biz tanınmasaq da, ayrı bir dövlətimiz və idarəçiliyimiz var. Şimali Kiprdə 144 fərqli ölkədən tələbələr təhsil alır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasında “Şimali Kiprin tanınma zamanı gəldi” bəyanatı və Türk Dövlətləri Təşkilatında müşahidəçi bir dövlət olaraq iştirakımız tanınma prosesini gücləndirib", - deyə Ersin Tatar bildirib.

Şimali Kipr prezidenti qeyd edib ki, Rusiyanın ölkəmizdə konsulluq açması hələ bizi tanıması mənasına gəlmir:

"Amma Rusiya tərəfindən atılan bu addım Şimali Kipr Türk Respublikasını tanımaları yolunda atılan müsbət bir addımdır".

Qeyd edək ki, Rusiya 9 avqust 2023-cü ildə Şimali Kipr Türk Respublikasında konsulluq açması ilə bağlı məlumat yayıb.

Məlumat üçün bildirək ki, hazırda Şimali Kipr Türk Respublikasında 50 mindən çox rus yaşayır.

Xatırladaq ki, Şimali Kiprdə ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya kimi ölkələrin konsulluqları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti