...

Ermənistanda 11 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 14 Avqust 2023 11:20 (UTC +04:00)
Ermənistanda 11 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb (YENİLƏNİB)

Bakı. Trend:

Ermənistanda 11 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən məlumat verilib.

Bildirilib ki, meyitlərin məhkəmə-tibbi ekspertizaları təyin edilib, hadisənin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Qəza nəticəsində yaralanan 6 nəfərdən 5-i Gümrü tibb mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda istintaq aparılır.

xxx

09:10

İrəvan-Gümrü avtomobil yolunda dəhşətli qəza baş verib.

Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Məlumata görə, gecə saat 00:27-də Şirak Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə qəza ilə bağlı siqnal daxil olub. Hadisə yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 heyət və rayon xilasetmə idarəsinin əməliyyat qrupu cəlb olunub.

Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində 1990-cı il təvəllüdlü A.P.-nin idarə etdiyi “Volkswagen” markalı sərnişin mikroavtobusu “ZİL” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti