...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda səfərdədir

Dünya xəbərləri Materials 18 Avqust 2023 09:29 (UTC +04:00)
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda səfərdədir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar İrəvanda Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.

Trend xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

"Onlar regional inkişaf və regionda sülh prosesinin dəstəklənməsi istiqamətində Aİ-nin səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti