...

Niger böhranının hərbi yolla həlli hələ də mümkündür - ECOWAS komissarı

Dünya xəbərləri Materials 21 Avqust 2023 03:47 (UTC +04:00)
Niger böhranının hərbi yolla həlli hələ də mümkündür - ECOWAS komissarı

Bakı. Trend:

Niger ətrafındakı böhranı həll etmək üçün hərbi variant nəzərdən keçirilməkdədir.

Trend-in məlumatına görə, bunu Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Abdel-Fatau Musah “Al Jazeera” telekanalına müsahibəsində söyləyib.

“Hərbi variant hələ də masadadır, biz onu geri götürməmişik. Biz Niger xalqı ilə döyüşmək istəmirik, bizim problemimiz hərbi xuntadır”, - deyə komissar vurğulayıb. O, həmçinin “həbs edilən Niger prezidentinin azad edilməsi və konstitusiya quruluşunun bərpasının zəruriliyi” ilə bağlı ECOWAS-ın mövqeyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti