...

Türkiyənin Tuna-1 quyusunda təbii qaz ehtiyatlarının kəşfindən 3 il ötür

Dünya xəbərləri Materials 21 Avqust 2023 15:13 (UTC +04:00)
Türkiyənin Tuna-1 quyusunda təbii qaz ehtiyatlarının kəşfindən 3 il ötür

Bakı. Trend:

"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) üç il əvvəl Qara dənizdə təbii qaz ehtiyatlarının kəşfinin ildönümü ilə bağlı paylaşım edib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, TPAO öz rəsmi "X" (tvitter) sosial şəbəkə hesabında Sakarya qaz sahəsi Tuna-1 quyusunda kəşflə bağlı paylaşım edib.

"Bu gün Qara dənizdə böyük təbii qaz kəşfimizin ildönümüdür",- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il avqustun 21-də Qara dənizdəki Tuna-1 quyusunda 320 milyard kubmetr təbii qaz aşkarlandığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti