...

Türkiyə Sahil Mühafizəsi Egey dənizində onlarla miqrantı xilas edib

Dünya xəbərləri Materials 28 Avqust 2023 00:53 (UTC +04:00)
Türkiyə Sahil Mühafizəsi Egey dənizində onlarla miqrantı xilas edib

Bakı. Trend:

Bodrum sahillərində Yunanıstan tərəfindən rezin qayıqlarla yenidən Türkiyə ərazi sularına buraxılan qeyri-qanuni miqrantlar xilas edilib.

Trend xəbər verir ki, Sahil Mühafizə İdarəsinin qrupları Bodrum rayonunda 2 rezin qayıqda olan 42 qeyri-qanuni miqrantı xilas edib.

Qeyri-qanuni miqrantlar rayon miqrasiya idarəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti