...

ABŞ-ın birinci xanımının COVID-19 testi müsbət çıxıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 06:43 (UTC +04:00)
ABŞ-ın birinci xanımının COVID-19 testi müsbət çıxıb

Bakı. Trend:

ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

“Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq”, – xəbərdə deyilir.

ABŞ prezidenti Co Bayden həyat yoldaşının testi müsbət nəticə verdikdən sonra koronavirus üçün mənfi testdən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti