Bakı. Trend:
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Kiyev və Moskva arasında sülh danışıqları yaxın gələcəkdə gözlənilməməlidir.
Trend xəbər verir ki, bu barədə o, Ukrayna mediasına müsahibəsində bildirib.
“Rusiya ilə danışıqların yaxın vaxtlarda başlayacağını düşünmürəm”, - deyə o bildirib, və bunun üçün şərtlərdən birinin Ukrayna tərəfinin döyüş uğurları olması lazım olduğunu qeyd edib.
Əks-hücumun yavaş tempinin tənqidindən danışan nazir “irəliyə getmək üçün həyatlarını riskə atan Ukrayna əsgərlərinə hörmətlə yanaşmağı” təklif edib.