Bakı. Trend:
Yaponiya prokurorluğu bu ilin yazında baş nazir Fumio Kişidaya sui-qəsd təşkil edən 24 yaşlı Ryudzi Kimuraya qarşı rəsmi ittihamlar irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Qeyd olunub ki, işsiz yerli sakin sui-qəsd və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunur. Bu maddələrə əsasən, o 10 ildən çox həbs oluna bilər.
"NHK" telekanalının məlumatına görə, istintaq davam etdiyi müddətdə R.Kimura hüquq-mühafizə orqanları ilə danışmaqdan imtina edib və susub.