...

Aİ rəsmisi Gürcüstana səfər edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2023 18:53 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Gürcüstana səfərə gəlib.

Trend xəbər verir ki, ali nümayəndənin Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın Avrointeqrasiya yolu, həmçinin daha geniş xarici siyasət və regional məsələlərə dair fikir mübadiləsi aparılıcaq.

C.Borrel səfər çərçivəsində Prezident Salome Zurabişvili tərəfindən qəbul ediləcək. O, həmçinin Baş nazir İrakli Qaribaşvili ilə də görüşəcək və tərəflər görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Qeyd edilir ki, səfər sentyabrın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti