Bakı. Trend:
2022-ci ildə Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd statusundan imtina etmək qərarı ədalətsizdir.
Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
O qeyd edib ki, Moldova və Ukrayna tövsiyələri yerinə yetirmək öhdəliyi müqabilində əvvəlcədən AB-yə üzv olmaq üçün namizəd statusu alıblar.
“Bizim vəziyyətimizdə isə əksinə idi. Dedilər ki, biz əvvəlcə öhdəliyimizi yerinə yetirməliyik, sonra status alacağıq. Bu bizim üçün olduqca kədərli və ədalətsizdir”,- deyə baş nazir əlavə edib.