...

ABŞ-də fövqəladə vəziyyətin müddəti uzadılıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 17:00 (UTC +04:00)
ABŞ-də fövqəladə vəziyyətin müddəti uzadılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarından sonra terrorizm ilə mübarizə ilə bağlı fövqəladə vəziyyətin müddətini bir il uzadıb.

Trend-in məlumatına görə, Bayden bəyanatında 11 sentyabr tarixli terror aktlarının ölkə üçün "daimi və birbaşa" təhlükə yaratmağa davam edən böhrana səbəb olduğunu bildirib.

“Mən ölkədə mövcud olan terror təhdidi ilə bağlı 2001-ci il sentyabrın 14-də elan olunmuş fövqəladə vəziyyətin müddətini daha bir il uzadıram”, - bəyanatda vurğulanıb.

Birləşmiş Ştatlarda fövqəladə vəziyyət terrorçular təyyarələri ələ keçirəndən və onları Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqona yönəldəndən üç gün sonra tətbiq edilib.

Daha bir təyyarə Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə, terror aktları nəticəsində təqribən 3 min nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti