...

Kanada Baş nazirinin təyyarəsi texniki nasazlıq səbəbindən Hindistandan havaya qalxa bilməyib

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 01:44 (UTC +04:00)
Kanada Baş nazirinin təyyarəsi texniki nasazlıq səbəbindən Hindistandan havaya qalxa bilməyib

Bakı. Trend:

Hindistanda keçirilən G20 sammitində iştirak edən Kanadanın Baş naziri Castin Trüdo və onun nümayəndə heyəti, o cümlədən mətbuat nümayəndələri təyyarədə baş verən texniki problem səbəbindən Yeni Dehlidən ayrıla bilməyiblər.

Trend-in məlumatına görə, bu barədə CTV telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, texniki problemi tez bir zamanda aradan qaldırmaq mümkün olmayıb. Buna görə də bütün nümayəndə heyəti hələlik Hindistandadır.

C.Trüdo və onu müşayiət edən şəxslərin Kanadaya nə vaxt uça biləcəyi bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti