...

Somalidə “Əl-Şəbab” radikal qruplaşmasının 30 yaraqlısı öldürülüb

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 01:23 (UTC +04:00)
Somalidə “Əl-Şəbab” radikal qruplaşmasının 30 yaraqlısı öldürülüb

Bakı. Trend:

Somali hökumət qüvvələri beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ölkənin mərkəzi hissəsində “Əl-Şəbab” ekstremist qruplaşmasının 30 silahlısını məhv edib.

Trend-in məlumatına görə, bu barədə Somalinin informasiya nazirinin müavini Əbdirəhman Yusuf Əl-Adala məlumat verib.

Onun sözlərinə görə, əməliyyat Əl-Qaras şəhəri yaxınlığındakı Qalmuduq ştatında həyata keçirilib. Hökumət qüvvələrinin itkiləri barədə məlumat verilmir.

Qeyd edək ki, “Əl-Şəbab” 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minədək döyüşçüsü var və onlar əsasən ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti