...

Rusiyada qaz kəmərində yanğın olub

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 10:45 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Saratov şəhərinin Qaqarinsk rayonunda qaz kəmərində yanğın olub.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, yanğın qaz kəmərinin depressurizasiyası nəticəsində baş verib. Hadisə nəticəsində 2 hektar otluq ərazi yanıb, xəsarət alan olmayıb.

Qaz borusunda açıq yanğının söndürüldüyü bildirilib. Hadisə yerində fövqəladə xidmət əməkdaşları işləməyə davam edirlər.

Xəbər lenti

Xəbər lenti