...

Zelenski ABŞ Konqresində çıxış edəcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 06:20 (UTC +04:00)
Zelenski ABŞ Konqresində çıxış edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 21-də ABŞ Konqresində senatorlar qarşısında çıxış edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Konqres aparatının nümayəndəsi məlumat yayıb.

Məlumata görə, Zelenskinin 2022-ci ilin dekabrında olduğu kimi hər iki palatanın birgə iclasında çıxışı planlaşdırılmır.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Zelenskinin Vaşinqtona səfəri zamanı Konqres nümayəndələri ilə görüşəcəyini bildirsə də, görüşün hansı formatda keçiriləcəyini açıqlamamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti