...

ABŞ bu ölkəyə qarşı sanksiyaları ləğv etməyəcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 16:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İrana qarşı hər hansı bir sanksiyanı geri çəkmək niyyətində deyil.

Trend xəbər verir ki, bunu ABŞ dövlət administrasiyasının yüksək rütbəli məmuru Vaşinqtonla Tehran arasında baş tutacaq "beşə beş" fomatında məhbus mübadiləsinə həsr olunmuş xüsusi brifinqdə deyib.

Vəsaitlərin ABŞ maliyyə sistemindən kənara çıxarılaraq Avropa bankları vasitəsi ilə Dohaya göndərilməsi məqsədilə sanksiyalara istisna olunduğunu deyən ABŞ məmuru, razılaşmanın bir hissəsi olaraq hər hansı sanksiyanın geri çəkilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi bu gün Tehranla Vaşinqton arasında "beşə-beş" formatında məhbus mübadiləsinin baş tutacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti