...

Ermənistanda etiraz aksiyalarında 16 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2023 12:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda etiraz aksiyalarında 16 nəfər tutulub.

Trend erməni mediasına istinadən xəbər verir ki, 11 nəfər hökumət binasının qarşısında, 5 nəfər isə Rusiyanın İrəvandakı səfirliyinin qarşısında saxlanılıb.

Qeyd edək ki, dünən İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.

Bundan başqa, etirazçılar Rusiyanın İrəvandakı səfirliyinin qarşısında da toplaşaraq səfirliyin girişini bloklayıblar.

Xəbər lenti

Xəbər lenti