Bakı. Trend:
Təbrizin Şəhid Kəsayi şosesində qurbanlarla nəticələnən dəhşətli qəza baş verib.
Trend xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, dizel yanacağı daşıyan tanker minik avtomobili ilə toqquşub və aşıb. Hadisə nəticəsində yanğın başlayıb. Azı iki nəfər həlak olub, daha üç nəfər isə ağır yanıq xəsarətləri alıb.