...

Konqresmen Emmerin ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyi irəli sürülüb

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 02:43 (UTC +04:00)
Konqresmen Emmerin ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyi irəli sürülüb

Bakı. Trend:

Respublikaçıların əksəriyyəti qapalı səsvermədən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə yeni namizəd kimi konqresmen Tom Emmerin (Minnesota ştatı) irəli sürülməsini dəstəkləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın aparıcı KİV-lərində məlumat yayılıb.

Emmer indi spiker seçilmək üçün Nümayəndələr Palatasının tam tərkibində səs qazanmalıdır. Lazım olan 217 səsi əldə etmək üçün o, Konqresin aşağı palatasında respublikaçılar arasında partiyadaxili fikir ayrılığına son qoymalıdır.

Qeyd edək ki, oktyabrın 3-də Nümayəndələr Palatasında əksəriyyət Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasını dəstəkləyib. Beləliklə, Nümayəndələr Palatasının sədri ABŞ tarixində ilk dəfə olaraq vəzifəsindən uzaqlaşdırılıb. Patrik McHenry müvəqqəti olaraq bu vəzifəni icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti