...

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 26 Oktyabr 2023 18:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili oktyabrın 25-də XİN-ə çağırılıb və Ermənistan mətbuatında Rusiya rəhbərliyi, diplomatları, sülhməramlıları barədə dərc edilən xoşagəlməz materiallar onun diqqətinə çatdırılıb.

M.Zaxarova vurğulyıb ki, Ermənistanda hakimiyyətin nəzarəti altında olan KİV-in, teleqram kanallarının da qoşulduğu antirusiya kampaniyasının yolverilməzliyinə diqqət çəkilib.

Rusiya tərəfinin Ermənistanın bu ölkədəki səfiri kimi deputat Qurgen Arsenyanın namizdliyini təsdiq etməməsi barədə suala cavabında M.Zaxarava deyib ki, hər hansı namizədə aqreman verilməsi diplomatik prosesdir və geniş müzakirəyə çıxarılmır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya televiziyasında respublika rəhbərliyi ilə bağlı “qəbuledilməz bəyanatlara” görə Ermənistan Xarici İşlər Nazirliyində Rusiya səfiri Sergey Kopırkinə etiraz notası təqdim edilmişdi.

Xəbər lenti

Xəbər lenti