...

Eks-deputat casusluq ittihamı ilə həbs edilib

Dünya xəbərləri Materials 10 Noyabr 2023 10:00 (UTC +04:00)
Eks-deputat casusluq ittihamı ilə həbs edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Seyminin (parlament) keçmiş deputatı Yanis Adamsons Rusiyaya casusluq ittihamı ilə 8 il 6 ay müddətinə həbs edilib.

Trend xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məhkəmənin fikrincə, eks-parlamentar qanunsuz, müntəzəm və məqsədyönlü şəkildə keçmiş DTX zabiti Gennadi Silonov vasitəsilə Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) məxfi məlumatları toplayaraq ötürüb.

İstintaqda araşdırılıb ki, ötürülən məlumatlar Latviya dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının, dövlət təhlükəsizlik strukturlarının işi haqqında, həmçinin respublikanın dövlət müdafiə sistemi haqqında məlumatları ehtiva edib,

Eks-deputat isə iddia edib ki, müttəhimin günahı sübuta yetirilməyib və cinayət işi tamamilə uydurmadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti