...

Rusiya Beynəlxalq Ədalət Məhkəməsinə daxil edilməyib

Dünya xəbərləri Materials 10 Noyabr 2023 15:15 (UTC +04:00)
Rusiya Beynəlxalq Ədalət Məhkəməsinə daxil edilməyib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi yarandığı gündən ilk dəfə olaraq Rusiya Federasiyasının nümayəndəsini daxil etməyib.

Trend xəbər verir ki, Beynəlxalq təşkilatın "YouTube" kanalı tərəfindən yayımlanan hakimlərin seçilməsi ilə bağlı iclas noyabrın 9-da baş tutub.

Məlumata görə, 2024-cü ilin fevralında beş hakimin - Kirill Gevorgyan (Rusiya), Joan Donoghue (ABŞ), Hilari Charlesworth (Avstraliya), Robinson (Yamayka), Mohamed Bennouna (Mərakeş) və Patrik Liptonun səlahiyyət müddətinin başa çatması səbəbindən məhkəmədəki beş vakant yer səsə qoyulub.

BMT Təhlükəsizlik Şurasında səsvermədən sonra Rusiya beynəlxalq məhkəməyə seçilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti